...

Azərbaycanın fövqəladə hallar naziri Rusiyanın "KAMAZ" zavoduna baş çəkəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2012 17:49 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti şənbə günü "KAMAZ" avtomobil istehsalçısının istehsalat obyektlərinə baş çəkəcək.
Azərbaycanın fövqəladə hallar naziri Rusiyanın "KAMAZ" zavoduna baş çəkəcək

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti şənbə günü "KAMAZ" avtomobil istehsalçısının istehsalat obyektlərinə baş çəkəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü "KAMAZ" ASC-nin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, nümayəndə heyəti Tatarıstan Respublikasının Baş naziri İldar Halikov və mülki müdafiə və fövqəladə hallar naziri Rafis Habibullinin müşayəti ilə avtomobil nəhənginin istehsalat obyektlərinə baş çəkəcək.

"Ali qonaqların avtomobil zavodunun əsas yığım konveyerinə baş çəkməsi və konveyerin kabinələrin yığılması işi ilə tanış olacağı planlaşdırılır", - məlumatda deyilir.

Məlumata əsasən, həmçinin, "Master" sənaye parkına səfər planlaşdırılıb. Nümayəndə heyətinin üzvləri burada park ərazisində yerləşən firmaların istehsalatı ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti