...

Yaxın saatlarda Bakı aeroportu bir neçə aviareysi yola salacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 15:39 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportu onlarla reysin təxirə salınması və geçikməsindən sonra təyyarələrin qəbulunu və yola salınmasını tədricən həyata keçirir.
Yaxın saatlarda Bakı aeroportu bir neçə aviareysi yola salacaq

Azərbaycan, Bakı, 3 fevral / Trend müxbir E.İsmayılov/

Heydər Əliyev Beynəlxalq Aeroportu onlarla reysin təxirə salınması və geçikməsindən sonra təyyarələrin qəbulunu və yola salınmasını tədricən həyata keçirir. Bu barədə cümə günü Trend-ə aeroportdan bildirilib.

Məlumata görə, Bakı-London, Bakı-İstanbul, Bakı-Naxçıvan, Bakı-Dubay, Bakı-Moskva kimi reyslər qeydiyyatdan keçir.

Bakı-Almatı, Bakı-İstanbul, Bakı-Dubay reyslərinin qeydiyyatı başa çatıb.

Aeroportdan deyildiyi kimi, bu gün paytaxta Kiyev-Bakı, Sankt-Peterburq-Bakı, Almatı-Bakı, İstanbul-Bakı, Dubay-Bakı reysləri üzrə təyyarələr daxil olub.

Bir qədər əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti