...

Azərbaycanda icazəsiz taksilərin fəaliyyəti dayandırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2012 10:21 (UTC +04:00)
Bakı küçələrində lisenziyasız işləyən taksilərin fəaliyyəti mayın 1-dək dayandırılacaq. Bu barədə Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
Azərbaycanda icazəsiz taksilərin fəaliyyəti dayandırılacaq

Azərbaycan, Bakı, 6 fevral / Trend, müxbir E. İsmayılov/

Bakı küçələrində lisenziyasız işləyən taksilərin fəaliyyəti mayın 1-dək dayandırılacaq. Bu barədə Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, Rusiya istehsalı olan maşınlarla fəaliyyət göstərən taksilər tamamilə ləğv ediləcək. Ağ rəngli, bütün texniki tələblərə cavab verən, xüsusi fərqlənmə nişanına malik və taksometrlərlə təchiz olunmuş xarici markalı avtomobillər lisenziya ala biləcəklər.

"Bakıda taksi kimi fəaliyyət göstərmək üçün ən çoxu beş min avtomobil lisenziya alacaq. Bu, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün lazımdır", - Həsənov deyib.

Bakıda icazəli taksilərin ümumi sayı beş min ədəd təşkil edir ki, bunun min ədədi "Baku Taxi Company" şirkətinin London Taxi TX4 markalı avtomobillərinin, 4 mini isə başqa avtomobillərin payına düşür.

Bundan başqa, gələcəkdə Bakıda London Taxi TX4 avtomobillərinin ümumi sayının üç min ədədədək çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti