Azərbaycanda ən iri aptek şəbəkələrindən olan "Zəfəran" könüllü tibbi sığorta (KTS) çərçivəsində sığorta şirkətləri ilə əməkdaşlığı möhkəmləndirir.
"Zəfəran"ın yeni tərəfdaşı "Azsığorta" şirkəti olmuşdur.
Müqavilənin şərtlərinə görə bu şirkətin müştəriləri respublikanın 25 şəhərində mövcud olan "Zəfəran" apteklər şəbəkələrindən pulsuz dərman vasitələrini əldə edə bilərlər.
Sığortalanmış müştərilər yalnız sığorta polisini təqdim etdikdən sonra həkim resepti üzrə dərman preparatlarını ala bilərlər. KTS proqramı çərçivəsində əldə oluna biləcək dərmanların siyahısına 3 mindən artıq preparatların adı daxil olmuşdur. "Zəfəran" apteklərində olan bütün dərmanların keyfiyyətinə zəmanət verilir, çünki şirkət yalnız yoxlanılmış və etibarlı təchizatçılarla işləyir.
"Zəfəran"ın "Atəşgah", "Qarant", "AtaSığorta", "Mega", "Era-Trans", "Thames", "Shafa" və s. iri sığorta şirkətləri kimi nüfuzlu tərəfdaşları vardır.
"Zəfəran" apteklər şəbəkəsi 2008-ci ilin dekabr ayında yaradılmış, Bakı şəhərində və Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsidir. Müxtəlif imkanlı alıcıların geniş dairəsi üçün nəzərdə tutulan apteklər şəbəkəsi aparıcı xarici istehsalçıların 10 000-dən artıq çeşidini təklif edir.
"Zəfəran" apteklər şəbəkəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş yalnız sertifikatlaşdırılmış əczaçılıq məhsulları ilə işləyir.
Bakı, Fizuli küç., 49. Tel: (+994 12) 596-60-50. E-mail: [email protected] www.zeferanaptek.az