...

Səkkiz il ərzində Azərbaycanın qeyri-neft sektoru 2,2 dəfə artıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir A.Axundov/

Son səkkiz il ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,2 dəfə artıb. Trend-in məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayevin çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, son səkkiz il ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,3 dəfə, tikinti sektorunda iş həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və informasiya sektorunda xidmətlər isə 6,4 dəfə artıb.

"2011-ci ildə 40-dan artıq sənaye müəssisəsi istismara verilib, təxminən 100 müəssisənin tikintisi davam edir", - Mustafayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti