...

"A-Qroup" Azərbaycanda ipoteka sığortası polislərinin onlayn alışını tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 20:26 (UTC +04:00)
Azərbaycanın "A-Qroup" sığorta şirkətinin saytında (www.a-group.az) ipoteka əmlakını və sığortaçıların həyatını sığortalamaq üçün ipoteka polislərinin onlayn sifariş və ödənilməsi imkanı yaranıb.
"A-Qroup" Azərbaycanda ipoteka sığortası polislərinin onlayn alışını tətbiq edir

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycanın "A-Qroup" sığorta şirkətinin saytında (www.a-group.az) ipoteka əmlakını və sığortaçıların həyatını sığortalamaq üçün ipoteka polislərinin onlayn sifariş və ödənilməsi imkanı yaranıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Bunun üçün anketi doldurmaq və tələb olunan məlumatı http://www.a-group.az/az/rus/ipoteka.php istinadı üzrə daxil etmək lazımdır. Müştərilər ipoteka sığortası şəhadətnaməsinin evə və yaxud iş yerinə çatdırılmasını sifariş etməklə yanaşı, həmçinin, onların onlayn ödənişini VISA, MasterCard və Maestro plastik kartlarından istifadə etməklə həyata keçirə bilərlər.

"Həmçinin, xaricə getmək istəyənlər üçün sığorta polisi əldə etmək imkanı var. Bundan başqa, nəqliyyat vasitələrinin sığortası, əmlak sığortası və sığortanın digər növləri üzrə mükafatların ödənişini də həyata keçirmək mümkündür", - şirkətin məlumatında qeyd edilir.

"A-Qroup" sığorta şirkəti 1995-ci ildə təsis edilib və 15 könüllü sığorta növü üzrə xidmət göstərir. "A-Qroup" korporativ idarəetmə layihəsinın mükəmməlləşdirilməsi üzrə ikinci pilot proqramı çərçivəsində Beynəlxalq Maliyya Korporasiyası tərəfindən seçilmiş yeganə sığorta şirkətidir. Şirkət İSO 9001:2008 standartı ilə təyin edilən menecment keyfiyyəti sisteminin tələblərinə müvafiq olaraq, göstərdiyi xidmətlərin keyfiyyətinə nəzarət edir.

Xəbər lenti

Xəbər lenti