...

Azərbaycan dəmir yolları və Bakı avtovağzalı normal rejimdə işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 11:18 (UTC +04:00)
Bakıda çərşənbə günü səhərdən başlayan çovğuna baxmayaraq, "Azərbaycan Dəmir Yolları" QSC normal rejimdə işləyir.
Azərbaycan dəmir yolları və Bakı avtovağzalı normal rejimdə işləyir

Azərbaycan, Bakı, 8 fevral /Trend müxbir R.Daraxşan/

Bakıda çərşənbə günü səhərdən başlayan çovğuna baxmayaraq, "Azərbaycan Dəmir Yolları" QSC normal rejimdə işləyir. Bu barədə çərşənbə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

"Heç bir problem yaranmayıb, qatarların yola salınması və qəbulu normal rejimdə həyata keçirilir", - Əzməmmədov qeyd edib.

Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalından Trend-ə bildirilib ki, hava şəhərlərarası və beynəlxalq avtobusların hərəkət qrafikinə təsir etməyib.

"Bizdə gecikmələr yoxdur. Yollar normal vəziyyətdədir", - avtovağzaldan vurğulayıblar.

Azərbaycanın rayonlarında fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi, fevralın 8-də isə bəzi yerlərdə qarın güclü yağacağı gözlənilir.

Son 10 gündə Bakıda iki dəfə çovğunla müşahidə olunan hava şəraiti qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti