...

Bakı dəmiryol vağzalı normal rejimdə işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 13:45 (UTC +04:00)
Bakı dəmiryol vağzalı qatarların yola salınması və qəbulunu normal rejimdə həyata keçirir. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Bakı dəmiryol vağzalı normal rejimdə işləyir

Azərbaycan, Bakı, 9 fevral /Trend müxbir E. İsmayılov/

Bakı dəmiryol vağzalı qatarların yola salınması və qəbulunu normal rejimdə həyata keçirir. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, qatarların Bakıya bir az gecikmə ilə gəlməsinə rəğmən, onlar vağzalda normal rejimdə qəbul edilir.

Əzməmmədov deyib ki, bütün daxili reyslər hələ də əlavə qoşulmuş vaqonlarla (15 vaqon) işləməyə davam edir. Ehtiyat üçün beş teplovoz ayrılıb. Onlar kontakt şəbəkəsinin cərəyanı kəsiləcəyi təqdirdə işə salına bilər.

Fevralın 8-də səhər saat 6-7 radələrində havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidremeteoroloji müşahidələrə görə 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.

Hazırda bütün Azərbaycan ərazisində şaxtalı-qarlı hava şəraiti davam edir.

Xəbər lenti

Xəbər lenti