Milli Qırmızı Aypara Cəmiyyətinin Xocalı rayon komitəsi "Zəfəran" apteklər şəbəkəsinə xeyriyyə fəaliyyətində aktiv iştirak etdiyi üçün fəxri fərman vermişdir.
Fəxri fərman təşəkkür məktubu ilə keçən həftə şirkətə təqdim edilmişdir. Məktubda deyilir: "Bütün "Zəfəran" kollektivinə göstərdiyi yardıma görə və humanitar aksiyaların keçirilməsində dəstəyə görə öz minnətdarlığımızı bildiririk".
"Zəfəran" Qırmızı Aypara Cəmiyyəti ilə səmərəli münasibətləri bundan sonra da inkişaf etdirməyi planlaşdırır.
"Zəfəran" 2008-ci il dekabr ayında təsis edilmiş ən iri apteklər şəbəkəsidir.
Hal-hazırda "Zəfəran" apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində təmsil olunur və buraya 60-a yaxın aptek daxildir.
Yaxın bir neçə ildə apteklər şəbəkəsi Azərbaycanın bütün şəhərlərində öz fəaliyyətini genişləndirməyi planlaşdırır.