...

Azərbaycan Mərkəzi Bankının keçirdiyi referat müsabiqəsinə yekun vurulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 15:17 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə birgə keçirdiyi referat müsabiqəsinə yekun vurulub.
Azərbaycan Mərkəzi Bankının keçirdiyi referat müsabiqəsinə yekun vurulub

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə birgə keçirdiyi referat müsabiqəsinə yekun vurulub.

AMB-dən cümə günü Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın fəaliyyətinin 20 illik yubileyi münasibətilə 16-31 yanvar 2012-ci il tarixində "Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri" mövzusunda tələbələr və magistrlər arasında elan olunan referat müsabiqəsi başa çatıb, qaliblər müəyyən olunub.

Ölkənin iqtisadi inkişafında bank sisteminin rolu, bu sektorun inkişaf istiqamətləri barədə tələbələrin baxışlarının, fikirlərinin, təkliflərinin öyrənilməsi, maarifləndirmə işinin təşviq edilməsi məqsədilə iqtisadiyyat və maliyyə ixtisasları üzrə III və IV kurs bakalavr tələbələri, həmçinin magistrlər arasında elan olunan müsabiqəyə 33 referat təqdim olunub.

Müsabiqə qaydalarında təsbit olunmuş meyarlar əsasında aparılmış qiymətləndirmənin nəticələrinə görə ADİU-nun bakalavr 4-cü kurs tələbəsi Əliyeva Aynur tərəfindən təqdim olunan "Ölkənin iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri" mövzusunda referat işi birinci yerə; ADİU-nun bakalavr 4-cü kurs tələbəsi Mirzəzadə Lalə tərəfindən təqdim olunan "Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri" mövzusunda referat işi ikinci yerə; ADA-nın 1-ci kurs magistri Vəliyev Samir tərəfindən təqdim olunan "Azərbaycan bankları və onların regionlarda fəaliyyəti" mövzusunda referat işi isə üçüncü yerə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti