...

Azərbaycan Vergilər Nazirliyi 2012-ci ildə elektron xidmətlərin tətbiqi sahəsində işi genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2012 13:13 (UTC +04:00)
Vergilər Nazirliyi elektron hökumət quruculuğu sahəsində layihələri 2012-ci ildə də davam etdirmək, qısa müddətdə böyük dəyişikliklərə nail olmaq niyyətindədir.
Azərbaycan Vergilər Nazirliyi 2012-ci ildə elektron xidmətlərin tətbiqi sahəsində işi genişləndirəcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyi elektron hökumət quruculuğu sahəsində layihələri 2012-ci ildə də davam etdirmək, qısa müddətdə böyük dəyişikliklərə nail olmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə şənbə günü vergilər nazirinin müavini Sahib Ələkbərovun hakim Yeni Azərbaycan Partiyasının saytında dərc olunan müsahibəsində deyilir.

"Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsi ilə əlaqədar olaraq, qarşımızda çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, rasional və səmərəli vergi siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr durur", - Ələkbərov qeyd edib.

Onun sözlərinə görə, vətəndaşların elektron xidmətlərdən daha geniş istifadəsini təmin etmək üçün vergi ödəyicilərinə xidmət terminallarının fəaliyyətinin təkmilləşdirilməsi, göstərilən xidmətlərin çeşidinin və əhatə dairəsinin genişləndirilməsi, bu terminalların tədricən vergi ödəyiciləri üçün xidmət mərkəzlərinə çevrilməsi nəzərdə tutulur.

Hazırda respublikanın regionlarında müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş 30 belə xidmət mərkəzi fəaliyyət göstərir. 2012-ci ildə respublikanın regionlarında yeni xidmət mərkəzləri vergi ödəyicilərinin istifadəsinə veriləcək.

"Bu il "Elektron audit" sisteminin tətbiqi ilə bağlı geniş işlər həyata keçiriləcək. Layihənin 2013-cü ildə tətbiqini təmin etmək bir sıra texniki, təşkilati və hüquqi məsələləri planlaşdırılır. E-audit sisteminin tətbiqi vergidən yayınmaya qarşı preventiv rol oynamaqla yanaşı, vergi yoxlamalarına sərf olunan vaxtdan və insan resurslarından daha qənaətlə istifadəyə imkan yaradacaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti