...

Azov dənizindəki buzlarda ilişib qalan gəmilərdə azərbaycanlıların dəqiq sayı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2012 15:33 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafələrdən Tanınma və İzlənmə Milli Mərkəzi Azov dənizindəki buzlarda ilişib qalan altı gəmidən ikisinin göyərtəsində azərbaycanlıların olduğunu müəyyən edib.
Azov dənizindəki buzlarda ilişib qalan gəmilərdə azərbaycanlıların dəqiq sayı açıqlanıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafələrdən Tanınma və İzlənmə Milli Mərkəzi Azov dənizindəki buzlarda ilişib qalan altı gəmidən ikisinin göyərtəsində azərbaycanlıların olduğunu müəyyən edib. Bu barədə bazar ertəsi Trend-ə administrasiyadan məlumat verilib.

Mərkəzin müraciətinə əsasən, "Azov küləyi" və "Prastos" gəmilərinin göyərtələrində altı azərbaycanlının olduğu barədə məlumat əldə olunub.

"Bu iki gəminin göyərtəsindəki azərbaycanlıların ümumi sayı 12 nəfər təşkil edir", - administrasiyanın məlumatında bildirilir.

Hazırda həmin gəmilərdəki azərbaycanlılara əlavə yardımın göstərilməsinə dair danışıqlar aparılır.

Azov dənizinin Temryuk limanı ərazisindəki buzlarda altı gəmi ilişib qalıb.

Bazar ertəsi xarici mətbuatda yayılan məlumata görə, gəmilərin göyərtələrində Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya və Gürcüstan vətəndaşları var.

Xəbər lenti

Xəbər lenti