...

Dünya Bankı Azərbaycanda dövlət investisiyalarının potensialının gücləndirilməsi layihəsinin icmalını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2012 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir N.İsmayılova/

Dünya Bankının (DB) missiyası Azərbaycanda dövlət investisiyalarının potensialının gücləndirilməsi layihəsinin icmalını keçirəcək. Bu barədə bazar ertəsi Trend-ə bankın Bakı nümayəndəliyindən məlumat veriblər.

"Layihənin işçi qrupunun rəhbəri Elizabet Vanqın başçılıq etdiyi missiya ölkədə fevralın 13-dən 17-dək olacaq", - nümayəndəlikdən bildiriblər.

Dövlət investisiyalarının potensialının gücləndirilməsi üzrə layihə 2009-cu ilin iyununda təsdiq edilib və həmin ilin noyabrında da qüvvəyə minib.

Layihənin başa çatdırılması 2014-cü il martın sonuna planlaşdırılıb. Layihənin ümumi dəyəri 10 milyon dollar qiymətləndirilir. DB onun həyata keçirilməsinə 8 milyon dollar həcmində kreditin ayrılmasını bəyənib, qalan vəsait isə Azərbaycan hökumətinin payına düşür. DB-nin kredit vəsaitləri Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) şərtləri üzrə 10 il güzəştli dövrlə 20 il müddətinə təqdim edilib. 2011-ci il sentyabrın əvvəlinə olan məlumata görə, bank tərəfindən ayrılan vəsaitin 2,2 milyon dolları istifadə edilib.

Layihənin başlıca məqsədi əsas prioritet sahələrdə, xüsusən də infrastruktur sektorunda investisiya layihələrinin səmərəliliyinin və hazırlıq keyfiyyətinin artırılması və yerinə yetirilməsidir.

Xəbər lenti

Xəbər lenti