...

Milli Məclis Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlərini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 13:27 (UTC +04:00)
Milli Məclis çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvlərini təsdiq edib.
Milli Məclis Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlərini təsdiq edib

Azərbaycan, Bakı, 14 fevral /Trend müxbir M.Əliyev/

Milli Məclis çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvlərini təsdiq edib.

Azərbaycan Prezidenti İlham Əliyev Alim Səlim oğlu Quliyevin namizədliyini sədrin birinci müavini, Aftandil Qasım oğlu Babayev və Vadim Ələddin oğlu Xubanovun namizədliklərini isə sədrin müavinləri vəzifəsinə irəli sürüb.

Parlament komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu şəxslər ölkənin bank sektorunun inkişafında böyük xidmətlərə malikdir.

Alim Quliyev və Vadim Xubanov 1996-cı ildən etibarən AMB-nin İdarə Heyətinin üzvləridir. Aftandil Babayev 2001-ci ildən AMB-nin İdarə Heyətinin tərkibinə daxildir, İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə 2007-ci ildə təyin edilib.

Xəbər lenti

Xəbər lenti