...

Azərbaycan və BƏƏ müştərək investisiya fondlarının yaradılmasını müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 18:12 (UTC +04:00)
Fevralın 14-də Azərbaycana səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zahid Əl-Nahyanın rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.
Azərbaycan və BƏƏ müştərək investisiya fondlarının yaradılmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Fevralın 14-də Azərbaycana səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zahid Əl-Nahyanın rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadi İnkişaf Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və BƏƏ arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı rəsmi səfərlərin, imzalanmış sənədlərin, iki ölkə arasında İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb.

Görüşdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün kənd təsərrüfatı, İKT, turizm, alternativ və bərpa olunan enerji və s. sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, BƏƏ şirkətlərinin Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya imkanlarından yararlanmaqla ölkə iqtisadiyyatına investisiya qoyuluşu imkanları qonaqların diqqətinə çatdırılıb.

Görüşdə, həmçinin, müştərək investisiya fondlarının yaradılması və bu fondlar vasitəsilə digər ölkələrə investisiya qoyuluşu müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti