...

Azərbaycanda sənaye məhsulları üzrə istehsalçı qiymətləri indeksi 2,1 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,1 faiz bahalaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 102,7 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,7 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,7 faiz bahalaşıb.

Yanvar ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,8 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri maşın və avadanlıqların istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz, geyim istehsalı üzrə 0,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,1 faiz bahalaşıb.

Kimya sənayesi üzrə qiymətlər 4,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,1 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti