...

Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq Azərbaycanda korrupsiya ilə mübarizənin əsas istiqamətlərindən biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2012 12:57 (UTC +04:00)
Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq Azərbaycanda korrupsiya ilə mübarizənin əsas istiqamətlərindən biridir.
Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq Azərbaycanda korrupsiya ilə mübarizənin əsas istiqamətlərindən biridir

Azərbaycan, Şamaxı, 15 fevral / Trend, müxbir A.Axundov/

Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq Azərbaycanda korrupsiya ilə mübarizənin əsas istiqamətlərindən biridir. Trend-in məlumatına görə, bu barədə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyev çərşənbə günü Şamaxıda "Azərbaycanda korrupsiyaya qarşı mübarizə: uğurlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

"Bu istiqamətdə əhali ilə əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə idarə yanında "qaynar xətt" yaradılıb. Bu xəttə 2011-ci il ərzində 3 mindən artıq müraciət daxil olub", - Əliyev deyib.

Onun sözlərinə görə, bu müraciətlər əsasında öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər barəsində 27 cinayət işi açılıb, 17 operativ tədbir həyata keçirilib.

"Həmin işlərdən bəziləri üzrə artıq hökm çıxarılıb", - Əliyev deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, həmin ölçülər təkcə bir struktur tərəfindən deyil, bütün hüquq-mühafizə orqanları tərəfindən sistemli şəkildə həyata keçirilməlidir.

"Həmin istiqamətdə birgə iş aparılır", - Əliyev deyib.

O, habelə gələcəkdə QHT-lərlə əməkdaşlığın inkişafının və beynəlxalq səviyyədə əməkdaşlığın vacibliyini qeyd edib.
"Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasının yarandığı ilk gündən onunla əməkdaşlıq edir. Azərbaycanlı mütəxəssislər akademiyanın keçirdiyi yay kurslarında iştirak ediblər", - idarə rəhbəri bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə korrupsiya ilə mübarizə tədbirlərinin səmərəliliyinin artırılması mqəsədilə idarənin işinin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər keçirilib.

"O cümlədən, idarənin ştat sayı 40 nəfərdən 100 nəfərədək, texniki personal 15 nəfərdən 45 nəfərədək artırılıb. İndi idarədə 145 nəfər çalışır. Habelə 2011-ci ildə idarə yenidən strukturlaşdırılıb. Belə ki, əvvəllər onun tərkibində üç şöbə var idi, indi isə orada yeddi şöbə fəaliyyət göstərir", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti