...

Azərbaycan Beynəlxalq Bankı Mərkəzi Bankdan subordinasiya krediti cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2012 15:49 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankından 5 il müddətinə 150 milyon manat məbləğində subordinasiya kreditini cəlb edib.
Azərbaycan Beynəlxalq Bankı Mərkəzi Bankdan subordinasiya krediti cəlb edib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankından 5 il müddətinə 150 milyon manat məbləğində subordinasiya kreditini cəlb edib.

Beynəlxalq Bankın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, xüsusi subordinasiya borc öhdəliyi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na uyğun olaraq I dərəcəli kapitala aid edilir.

Beləliklə, Azərbaycan Beynəlxalq Bankı uzunmüddətli dövlət maliyyə resurslarından istifadə etməklə özünün kapitalizasiya və likvidlik səviyyəsinin artırılmasına nail olacaq.

Xəbər lenti

Xəbər lenti