...

Azərbaycan bankı "AtaBank" POS-terminallar vasitəsilə aparılan əməliyyatların həcmini iki dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 12:04 (UTC +04:00)
"AtaBank" ASC 15 dekabr 2011-ci il tarixindən başladığı "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasını uğurla davam etdirir.
Azərbaycan bankı "AtaBank" POS-terminallar vasitəsilə aparılan əməliyyatların həcmini iki dəfə artırıb

Azərbaycan, Bakı, 16 fevral /Trend/

"AtaBank" ASC 15 dekabr 2011-ci il tarixindən başladığı "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasını uğurla davam etdirir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Kampaniya başladığı vaxtdan bu günədək bankın POS terminalları vasitəsi ilə aparılan əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox artmışdır.

Kampaniya dövründə "AtaBank" ASC-nin plastik kart istifadəçilərinin sayında da artım olmuşdur. Belə ki, artıq kampaniyada iştirak edən müştərilərdən 85 nəfəri müxtəlif məbləğlərdə nağd pul uduşları qazanmışlar.

Ani stimullaşdırıcı lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.

Lotereyada təqvim ayı ərzində minimum 50 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər.

Eyni zamanda, minimal məbləğin təkcə 1 (bir) əməliyyat nəticəsində əldə olunması vacib deyil. Belə ki, bu məbləğ bir neçə alış-veriş çeklərinin cəmi olaraq da toplanıb banka təqdim oluna bilər. Lotoreya 30 dekabr 2012-ci il tarixinədək davam edəcəkdir.

Xəbər lenti

Xəbər lenti