...

Son bir il ərzində Azərbaycan Gürcüstanda investisiyaları 50 faiz artırıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 13:14 (UTC +04:00)
Son bir il ərzində Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiyaların həcmini 50 faiz artırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə jurnalistlərə bildirib.
Son bir il ərzində Azərbaycan Gürcüstanda investisiyaları 50 faiz artırıb - nazir

Gürcüstan, Tbilisi, 16 fevral / Trend, müxbir N.Kirsxaliya /

Son bir il ərzində Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiyaların həcmini 50 faiz artırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə jurnalistlərə bildirib.

Mustafayevin rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda iştirak edir.

Bu bəyanat Gürcüstanın və Türkiyənin iqtisadiyyat nazirləri Vera Kobaliya və Zəfər Çağlayanın Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə bağlı qapılar arxasında görüşündən sonra verilib. Bu, belə formatda ilk görüşdür.

Mustafayev görüşün gedişindən razılığını bildirib və tərəflərin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdiklərini qeyd edib.

"Görüş tam tərəflərin qarşılıqlı anlaşması şəraitində keçdi, biz çoxlu sayda layihələri müzakirə edə bildik", - o deyib.

Nazir Gürcüstan iqtisadiyyatına Azərbaycan investisiyalarının artmasından razılığını ifadə edib və bunun iki ölkə arasında dostluq münasibətlərinin təzahürü olduğunu qeyd edib.

"Azərbaycan biznesi gələcəkdə də Gürcüstanda birgə layihələrin reallaşdırılmasında fəal iştirak etmək niyyətindədir", - Mustafayev deyib.

Biznes forumunda Azərbaycan, Türkiyə və Gürcüstandan 100-dən artıq iş adamı iştirak edir.

Xəbər lenti

Xəbər lenti