...

Yaxın müddətdə Azərbaycanda icazə sisteminin tənzimlənməsi üçün biznes portalı işə düşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral/Trend müxbir N. İsmayılova/

Azərbaycanda lisenziyalaşdırma və icazə sistemi prosesinin tənzimlənməsi üçün yaxın müddətdə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə yaradılan informasiya biznes portalı işə düşəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı portalın təqdimatında iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

"Hazırda portalın yaradılması üzrə BMK ilə birgə işlər aparılır" , - nazir müavini qeyd edib.

Qeyd edək ki, portalın yaradılması ilk növbədə informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların biznesin aparılması üçün lisenziya və icazələr sahəsində məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsini təmin edəcək.

Xəbər lenti

Xəbər lenti