...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların qəbulunu keçirib (ФОТО)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2012 15:54 (UTC +04:00)
Cümə günü Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də nazirliyə şikayət ərizələri şikayət ərizələri ünvanlamış vətəndaşlarla növbəti görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların qəbulunu keçirib (ФОТО)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir A.Axundov/

Cümə günü Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də nazirliyə şikayət ərizələri şikayət ərizələri ünvanlamış vətəndaşlarla növbəti görüş keçirilib. Trend-in məlumatına görə, vətəndaşları nazir Fizuli Ələkbərov qəbul edib.

Nazirin qəbul etdiyi vətəndaşların şikayətləri əsasən əlillik qrupunun təyin edilməsi və sosial müavinətlərin köçürülməsi, məşğulluq və əmək qanunvericiliyinin pozulması, mənzil alınması, habelə əlillərin xaricdə müalicəsinin ödənişi məsələləri olub.

Nazirliyin müvafiq şöbələrinin mütəxəssisləri tərəfindən şikayətləri öyrənilməsi zamanı müəyyən edilib ki, bir sıra vətəndaşlar ünvanlı dövlət sosial yardımlarının, əlillik qruplarının təyinatı, eləcə də sosial müdafiə işinin digər sahələri ilə bağlı qanunvericilik barədə məlumatsızdır. Bu səbəbdən qəbula gələn vətəndaşlara qanunvericilikdən irəli gələn müvafiq qaydalar barədə ətraflı izahatlar verilib.

Araşdırmalar nəticəsində ayrı-ayrı şikayət ərizələrində haqlı narazılıqların ifadə edildiyi də aydın olub. Bu narazılıqların yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında diqqətsizlik, səhlənkarlıq və ədalətsizlik hallarına yol verilməsindən irəli gəldiyi müəyyən edilib.

Bununla əlaqədar olaraq, nazirliyin yerli strukturlarının fəaliyyətinin araşdırılması üzrə, həmçinin xidməti vəzifəsinə məsuliyyətsiz yanaşan əməkdaşlara qarşı müvafiq qanunvercilik tədbirlərinin qəbulu haqqında tapşırıq verilib.

Vətəndaşların müraciətlərinin araşdırılması zamanı aztəminatı ailələrin bir qisminin potensial imkanlara malik olmaları müəyyən edilib və onların birdəfəlik ünvanlı yardım - "Özünədəstək" proqramına cəlb edilmələri qərara alınıb.

2011-2012-ci illərdə nazir Fizuli Ələkbərov və nazirliyin digər məsul şəxsləri Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Şabran, Gəncə və digər bölgələrdə 580-dən çox vətəndaşı qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti