...

Azərbaycan bankı "NBC BANK" əhalinin əmanətlərini 2,13 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2012 13:52 (UTC +04:00)
2011-ci ilin yekunlarına əsasən, "NBC Bank" ASC əhalidən cəlb etdiyi əmanətlərin məbləğini 2,13 dəfə artıraraq, 23,48 mln. manata çatdırıb.
Azərbaycan bankı "NBC BANK" əhalinin əmanətlərini 2,13 dəfə artırıb

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir N.İsmayılova/

2011-ci ilin yekunlarına əsasən, "NBC Bank" ASC əhalidən cəlb etdiyi əmanətlərin məbləğini 2,13 dəfə artıraraq, 23,48 mln. manata çatdırıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

2011-ci ilin yanvar ayının 1-nə bankın kredit portfeli əvvəlki ilə muqayisədə 22,8 faiz artaraq, 52,5 mln. manat olub ki, bu artım əsasən biznes, istehlak və ipoteka kreditlərində özünü daha çox göstərib. Bank 2011-ci ildə İpoteka Fondunun müvəkkil bankları siyahısına daxil olaraq ipoteka kreditləri verməyə başlayıb.

Həmçinin ötən illə müqayisədə bank aktivlərinin artımı müvafiq olaraq 26,8 faiz təşkil edir.

2011-ci ildə "NBC Bank" ASC Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, qazanılmış mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi həyata keçirilib və nəticədə bankın nizamnamə kapitalı artaraq, 16,39 milyon manata çatdırılıb.

"NBC Bank" ASC 2011-ci ildə regionlarda filial şəbəkəsini genişləndirərək Lənkəran və Şəki şəhərlərində 2 yeni filial açıb. Bununla da bankın filial sayı Bakı və regionlarda 10-a çatıb.

Xəbər lenti

Xəbər lenti