...

"DəmirBank"ın kredit portfeli il ərzində 7,8 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2012 12:36 (UTC +04:00)
"DəmirBank"ın aktivləri 1 fevral 2012-ci il tarixinə 365,8 mln. manat təşkil edib.Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
"DəmirBank"ın kredit portfeli il ərzində 7,8 faiz artıb

Azərbaycan, Bakı, 20 fevral /Trend/

"DəmirBank"ın aktivləri 1 fevral 2012-ci il tarixinə 365,8 mln. manat təşkil edib.Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Müştərilərə verilən kreditlərin həcmi isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 19,3 mln. manat və ya 7,8% artaraq 265,7 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 fevral 2012-ci il tarixinə 143,7 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 fevral 2012-ci il tarixinə 107,4 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 18,1% və ya 16,5 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 fevral 2012-ci il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 50,5 mln. manat olub.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti