...

Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə ayırdığı investisiyaların həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/

2012-ci il yanvarın 1-nə olan məlumata görə, Bakı-Tbilisi-Qars yeni dəmiryol xəttinin yaradılması layihəsinin həyata keçirilməsinin başlanmasından etibarən Azərbaycan layihənin maliyyələşdirilməsinə 279 813 655 dollar ayırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov "Respublika" qəzetinə müsahibəsində bildirib.

Yeni dəmiryol rabitəsinin yaradılması Marabda-Axalkalaki (stansiyalar istisna olmaqla) dəmiryolu sahəsinin tikintisi, bərpası və yenidən qurulması üzrə işləri, habelə Axalkalakidən Türkiyə sərhədinə (Kartsaxi) qədər tikinti işlərini nəzərdə tutur.

Marabda-Axalkalaki sahəsinin yenidən qurulması layihəsi üzrə işlər üç mərhələni nəzərdə tutur: Marabda-Tetritskaro sahəsinin 29,2-ci kilometri, Tetritskaro-Tsalka sahəsinin 49,7-ci kilometri, Tsalka-Axalkalaki sahəsinin 74,1-ci kilometri.

Xəbər lenti

Xəbər lenti