...

Almaniyadakı tətil Frankfurt-Bakı-Frankfurt aviareysinin reallaşdırılmasına təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 13:02 (UTC +04:00)
Frankfurt-Mayn aeroportunun əməkdaşlarının tətili Frankfurt-Bakı-Frankfurt marşrutu üzrə aviareyslərin reallaşdırılması qrafikinə təsir etməyib.
Almaniyadakı tətil Frankfurt-Bakı-Frankfurt aviareysinin reallaşdırılmasına təsir etməyib

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir E.İsmayılov/

Frankfurt-Mayn aeroportunun əməkdaşlarının tətili Frankfurt-Bakı-Frankfurt marşrutu üzrə aviareyslərin reallaşdırılması qrafikinə təsir etməyib. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata görə, bu marşrut üzrə bütün reyslər cədvələ uyğun həyata keçirilir və aviareyslərin təxirə salınacağı gözlənilmir.

Frankfurt-Bakı-Frankfurt marşrutu üzrə aviareyslər bazar ertəsi, cərşənbə və cümə günləri Lufthansa şirkəti tərəfindən həyata keçirilir.

Frankfurt-Mayn aeroportunun əməkdaşları tətilin müddətini cümə günü axşamadək uzadıblar.

Fevralın 17-dən təyyarələrin uçuşunu və enişini təmin edən nəzarətçilər və dispetçerlər Frankfurt aeroportunda tətil edirlər. Aksiyanı Aerodispetçerlərin Həmkarlar İttifaqı keçirir. Həmkarlar İttifaqının rəhbərliyi indiyədək şirkətin idarə etdiyi Fraport AG-lə əməkhaqlarının artırılması ilə bağlı razılığa gələ bilməyib.

Xəbər lenti

Xəbər lenti