Azərbaycan, Bakı, 22 fevral /Trend müxbir A.Axundov/
Azərbaycanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakıda nəqliyyatın intellektual idarə olunması sistemi çərçivəsində paytaxt ərazisinin sahəsi 2200 kvadrat metr olan rəqəmsal xəritələrini hazırlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasında Komitənin sədri Qərib Məmmədov bildirib.
"Bu xəritələrdə 57 növdə həm mətn, həm də qrafika formasında məlumatlar təqdim edilib. Onlar müvafiq strukturlara göndərilib. Bu layihə çərçivəsində işlərin əsas sifarişçisi qismində Azərbaycan Nəqliyyat Nazirliyi, işin icraçısı qismində isə Koreyanın SKCS şirkəti çıxış edir", - Məmmədov qeyd edib.