...

Azərbaycanda icbari sığorta üzrə üçüncü şəxslərə dəymiş zərərin ödənişinə apreldə başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 18:59 (UTC +04:00)

Azərbaycan, 23 fevral, Bakı /Trend, müxbir A.Axundov/

"İcbari sığorta növləri haqqında" yeni qanunun tələblərinə uyğun olaraq ötən ilin dekabrında Azərbaycanda yaradılan İcbari Sığorta Bürosu sığorta hadisələrində xəsarət alan üçüncü şəxslərə dəymiş zərərə görə kompensasiyanın ödənilməsini təmin etməyə bu ilin aprelində başlayacaq. Bu barədə cümə axşamı Trend-ə bürodan bildiriblər.

"Yeni qanunda büronun üzərinə qoyulan ən mühüm vəzifələrdən biri sığorta hadisələri nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə qanunda nəzərdə tutulmuş hallarda kompensasiya ödənişlərinin verilməsinin təmin edilməsidir", - bürodan qeyd ediblər.

Büro bu maddənin icrasına aprelin ikinci ongünlüyündən başlayacaq. Hazırda büro bu istiqamətdə işlər aparır.

Xəbər lenti

Xəbər lenti