...

Azərbaycanda həyat sığortası üzrə yığımlar səkkiz dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanda həyat sığortası ilə məşğul olmaq hüququna malik olan "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" 2012-ci ilin yanvarında həyat sığortasının bütün növləri üzrə 3,286 milyon manat toplayıb ki, bu da ötən ilin yanvar ayının göstəricisini 8,13 dəfə üstələyir.

Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Maliyyə Nazirliyinin 2012-ci ildə sığorta şirkətlərinin fəaliyyəti haqqında dərc edilən hesabatında deyilir.

Bununla yanaşı, şirkətlərin yığımlarının ümumi həcmində həyat sığortası üzrə mükafatların payı il ərzində artaraq 2,25 faizdən 8,88 faizə çatıb.

Bu növlər üzrə ödənişlər də artıb: 2012-ci ilin yanvarında 50 378,56 manat dəyərində dəymiş ziyan ödənilib ki, bu da ötən ilin yanvarından 14,5 dəfə çoxdur. Cari ilin yanvarında həyata keçirilən bütün dəymiş ziyanlar istehsalatda peşə xəstəlikləri və bədbəxt hadisələr nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənilib.

2012-ci ilin ilk ayında bu növ üzrə şirkətlər 523 388,8 manat toplayıblar. Bu, ötən ilin analoji göstəricisini 1,88 dəfə üstələyir.

Həyatın könüllü sığortası üzrə yığımlar il ərzində 22,05 dəfə artaraq 2,764 milyon manata çatıb. Həyat sığortası sahəsində yığımların böyük hissəsi (2,696 milyon manat) ömrün qalan hissəsinin sığortasının payına düşüb. Qalan hissə ölum halının sığortalanması (67 936,19 manat) və əmək qabiliyyətinin sığortalanması (33,78 manat) hesabına təmin edilib.

2012-ci ilin yanvarında ölkədə fəaliyyət göstərən bütün mükafatların ümumi həcmi 37,002 milyon manat təşkil edib (il ərzində iki dəfədən çox artıb), hesabat dövründə ödənişlər isə 4,399 milyon manat olub (artım təxminən 25 faiz).

Xəbər lenti

Xəbər lenti