...

Azərbaycanda ünvan reyestri elektron xidmətlərin göstərilməsi üçün mühüm alət olacaq - Dövlət Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2012 11:49 (UTC +04:00)
Azərbaycanda yaradılan ünvan reyestri dövlət orqanları tərəfindən fiziki və hüquqi şəxslərə, bələdiyyələrə elektron xidmətlərin göstərilməsi üçün mühüm alət olacaq.
Azərbaycanda ünvan reyestri elektron xidmətlərin göstərilməsi üçün mühüm alət olacaq - Dövlət Komitəsi

Azərbaycan, Bakı, 28 fevral / Trend, müxbir A.Axundov /

Azərbaycanda yaradılan ünvan reyestri dövlət orqanları tərəfindən fiziki və hüquqi şəxslərə, bələdiyyələrə elektron xidmətlərin göstərilməsi üçün mühüm alət olacaq.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sədr müavini Rafiq Cəlilov ünvan reyestrinin məlumat sisteminin yaradılması layihəsinin təqdimatında bildirib.

"Ünvan reyestrinin yaradılması böyük iqtisadi önəm kəsb edir. Onun məlumat sisteminin yaradılmasından sonra dövlət strukturları "elektron hökumət" çərçivəsində ona qoşula biləcək və lazımi informasiyanı götürə biləcəklər. Bu sistem ölkədəki başqa məlumat bazaları, axtarış informasiya sistemləri, eləcə də əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestrləri ilə əlaqədə fəaliyyət göstərəcək", - Cəlilov deyib.

Onun sözlərinə görə, ölkədə əmlakın qeydiyyatı üzrə işlər genişlənir.

"2011-ci ildə rekord sayda, yəni 147,3 daşınmaz əmlak obyekti qeydiyyatdan keçib. Reyerstrin yaradılması bu işlərin əhatəsini genişləndirəcək", - Cəlilov bildirib.

Onun sözlərinə görə, ünvan reyestrinin informasiya sistemi Dövlət Komitəsinin informasiya texnologiyaları mərkəzi tərəfindən idarə olunacaq və mərkəzləşdirilmiş sistem olacaq.

"Bu məlumat bazası Azərbaycandakı bütün ünvanların saxlanması üçün istifadə olunacaq", - Cəlilov deyib.

Azərbaycanda ünvan reyestrinin yaradılmasına 2010-cu ilin sentyabrında başlanılıb.

Bir az əvvəl reyestrin yaradılması məqsədilə Azərbaycan hökuməti və Norveç arasında qrant sazişi imzalanıb. Saziş il yarım ərzində Azərbaycanda ünvan reyestrinin məlumat sisteminin yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti