...

Bakı Metropoliteni təsərrüfat vaqonunun satınalınması üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2012 10:25 (UTC +04:00)
Bakı Metropoliteni təsərrüfat vaqonunun və dörd cüt təkərin satınalınması üzrə tender elan edib.
Bakı Metropoliteni təsərrüfat vaqonunun satınalınması üzrə tender elan edib

Azərbaycan, Bakı, 29 fevral / Trend, müxbir E.İsmayılov /

Bakı Metropoliteni təsərrüfat vaqonunun və dörd cüt təkərin satınalınması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Respublika" qəzetində dərc olunmuş elanda deyilir.

Tenderdə iştirak etmək istəyənlər yazılı müraciət və başqa sənədləri aprelin 24-dək, tender təkliflərini və bank zəmanətini isə mayın 2-dək təqdim etməlidirlər.

Tender təkliflərinin açılışı mayın 3-də keçiriləcək.

Əlavə məlumatı almaq üçün aşağıdakı ünvana müraciət etmək olar: Bakı, Ə.Qayıbov küçəsi , 11 A,
Tel.: (+99412) 490 02 18, 490 02 19, faks: (+99412) 510 97 03.
Elektron poçtun ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti