...

Azərbaycan Vergilər Nazirliyi səyyar yoxlamaların sayını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2012 16:20 (UTC +04:00)
Vergilər Nazirliyi 2011-ci ildə 13 467 səyyar vergi yoxlaması həyata keçirib.
Azərbaycan Vergilər Nazirliyi səyyar yoxlamaların sayını azaldıb

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan Vergilər Nazirliyi 2011-ci ildə 13 467 səyyar vergi yoxlaması həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin "Vergilər" qəzetində dərc edilən məlumatında deyilir.

"Bu göstərici 2010-cu illə müqayisədə 18 059 və ya 25,4 faiz azdır", - məlumatda deyilir.

Məlumata əsasən, 2011-ci ildə aparılan yoxlamalar nəticəsində vergi ödəyicilərinə qarşı 273,7 milyon manat dəyərində maliyyə sanksiyaları tətbiq edilib ki, bu da ötən ilə nisbətən 189,4 milyon manat çoxdur.

Xəbər lenti

Xəbər lenti