...

"DəmirBank" güzəştli avtomobil kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 13:33 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə avtomobil kreditləri üzrə güzəştli kampaniyaya başlayır.
"DəmirBank" güzəştli avtomobil kreditləri təklif edir

Azərbaycan, Bakı, 1 mart /Trend/

Azərbaycan bankı "DəmirBank" 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə avtomobil kreditləri üzrə güzəştli kampaniyaya başlayır. Xanımlar 2012-ci ilin martın 1-dən aprelin 30-dək "DəmirBank"ın istənilən filialından güzəştli şərtlərlə avtomobil krediti əldə edə biləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın yaydığı məlumatda deyilir.

Kampaniyanın şərtlərinə əsasən, yeni və son 5 ilin istehsalı olan istifadə edilmiş avtomobillər üçün 20 faiz ilkin ödəniş edildikdə avtomobil krediti illik 18 faiz, 50 faizdən artıq ilkin ödəniş edildikdə isə illik 17 faiz dərəcəsi ilə verilir.

Avtomobil krediti müştərilərə 20 faizdən başlayaraq ilkin ödənişlə 36 ayadək müddətə təklif edilir. Kreditin məbləği 5000-dən 50000 manatadək təşkil edə bilər.

"Hazırda minlərlə xanım avtomobil sahibidir və bu say hər il artmaqdadır. Artıq ənənəvi xarakter daşıyan bu aksiyamız xanımların avtomobil əldə etmək imkanlarını daha da genişləndirir. Fürsətdən istifadə edərək, qarşıdan gələn 8 mart bayramı münasibətilə "DəmirBank" adından xanımları təbrik edirik, onlara firavan həyat və sevincli günlər arzulayırıq" - bankın İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına və www.facebook.com/demirbank.az səhifəsinə daxil olmaq, eləcə də telefon məlumat mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti