...

"Flydubai" aviaşirkəti yenilənmiş Təhsil Mərkəzi açıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 15:35 (UTC +04:00)
Dubayın ilk büdcə aviaşirkəti "Flydubai" Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Boeing 737" təyyarələri üçün sertifikatlı işçilər hazırlayan Təhsil Mərkəzinin açılışını elan edib.
"Flydubai" aviaşirkəti yenilənmiş Təhsil Mərkəzi açıb (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.İsmayılov/

Dubayın ilk büdcə aviaşirkəti "Flydubai" Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Boeing 737" təyyarələri üçün sertifikatlı işçilər hazırlayan Təhsil Mərkəzinin açılışını elan edib.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, Dubay hava lımanının azad zonasında yerləşən mərkəz, "Flydubai" üçün komanda və kabin ekipajı hazırlamaqla yanaşı, regionun digər aviaşirkətləri üçün də işçi kadrlar yetişdirməyə imkan verir.

"Bu gün "Flydubai" üçün çox mühüm bir gündür. Bu cür möhtəşəm Təhsil Mərkəzinin yaradılmasında böyük səy göstərmiş komandamızla fəxr edirəm. Artıq 30 ekipaj üzvü bizim proqramın məzunudur. Təhsil Mərkəzinin daim təkmilləşməsinə inanaraq, digər aviaşirkətləri bizim imkanlarımızdan faydalanmağa dəvət edirəm", - aviaşirkətinin baş meneceri Qeyt əl-Qeyt deyib.

İki milyondan artıq dirhəmə başa gəlmiş Təhsil Mərkəzində dörd böyük sinif otağı, xüsusi kompüterləşdirilmış treninq zalı və od-tüstü simulyatorları daxildir. Bundan başqa, 2010-cu ildə təməli qoyulmuş mərkəzdə təyyarə qapılarını idarəetmə təcrübəsi üçün trenajor, qəza tədbirlərinə hazırlıq və dörd təhsil otaqları ilə yanaşı, pilotların hazırlıq yeri daxildir.

"Təhsil Mərkəzinin açılışı Flydubai-ın azad zonada gözəl imkanlar yaratması ilə yanaşı, müxtəlif işgüzar sahələrdə fəaliyyət göstərən obyektlərimizin çoxsahəliliyini nümayiş etdirir. Flydubai-ın Təhsil Mərkəzinə uğurlar arzulayıram. Daha çox ekipajların Dubayda təhsil almasını səbirsizliklə gözləyirəm", - Dubay hava limanının azad zonasının baş direktoru Məhəmməd əz-Zəruni deyib.

"Flydubai" aviaşirkəti uçuş ekipajlarını başlanğıc səviyyədən tutmuş rəhbər mütəxəssislərə qədər özü hazırlayır. Bütün ekipaj üzvləri ilk uçuşdan öncə 5 həftəlik kurs keçirlər. Kursa təyyarənin göyərtəsində tam xidmət, ilk yardım göstərilməsi, təhlükəsizlik üzrə treninqlər daxildir. Həmçinin, "Flydubai" fəaliyyət göstərən ekipajlar üçün təkmilləşdirici kurslar da təşkil edir.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 21 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Bununla da büdcə şirkətinin sahibləri Dubayın müxtəlif ölkələrlə turizm və kommersiya əlaqələrinin inkişafına kömək edir.

Xəbər lenti

Xəbər lenti