Azərbaycan, Bakı, 6 mart /Trend/
Ermənistanın "Armavia" aviaşirkəti çərşənbə axşamı müddətsiz tətil elan edib. Şirkət bunu Yerevandakı "Zvartnots" aeroportu tərəfindən xidmətlərin qiymətlərinin artırılması ilə əsaslandırıb. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" agentliyinə aviaşirkətin mətbuat katibi Nana Avetisova bildirib.
"Reyslər hazırda qiymətlər yenidən baxılana kimi dayandırılıb", - Avetisova deyib.
Bununla yanaşı, "Ermənistan-Beynəlxalq aeroportlar" şirkətinin mətbuat katibi Gevork Abramyan "ARKA" agentliyinə bildirib ki, "Armavia" aeroporta heç bir şikayət təqdim etməyib.
Ermənistanın milli aviadaşıyıcısı "Armavia" şirkəti 1996-cı ildə yaradılıb.