...

Fevral ayında Azərbaycanda inflyasiya 0,1 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2012 17:55 (UTC +04:00)
2012-ci ilin fevral ayında Azərbaycanda ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.
Fevral ayında Azərbaycanda inflyasiya 0,1 faiz təşkil edib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin fevral ayında Azərbaycanda ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Fevral ayı ərzində ərzaq məshullarının qiymətləri 0,1 faiz bahalaşdığı halda, qeyri-ərzaq məhsullarının qiyməti dəyişməz qalıb.

Ay ərzində ərzaq məhsullarından düyü, qoyun əti, kolbasa məmulatları, təzə balıq, pasterizə və sterilizə olunmuş üzlü süd, pendir, naringi, banan, alma, armud, heyva, nar, şabalıd, kələm, qoz və fındığın, göyərtinin qiyməti bahalaşıb.

Qarabaşaq yarması, çörək, mal və toyuq əti, pasterizə olunmamış üzlü süd, yumurta, günəbaxan və zeytun yağları, limon, portağal, çuğundur, kök, sarımsaq, soğan, kartofun və s. məhsulların qiymətləri isə ucuzlaşıb.

Fevral ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti