...

2011-ci ildə təqribən 500 obyektin layihələndirilməsində pozulma faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend müxbir A. Axundov/

Azərbaycanın Dövlət Şəhərsalma və Arixitektura Komitəsi 2011-ci ildə 55 hüquqi və 6 fiziki şəxsə birinci və ikinci dərəcəli bina və qurğuların layihələndirilməsi üzrə fəaliyyət göstərilməsinə xüsusi icazə (lisenziya) verib. Trend-in məlumatına görə, bu barədə "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat"da deyilir.

Ötən il ölkənin 34 şəhər və rayonunun son üç il ərzindəki şəhərsalma fəaliyyəti öyrənilib. Bu yoxlamalar zamanı aşkar edilən qanun pozulmalarına müvafiq olaraq, yerli arxitektura xidmətlərinə 477 obyekt üzrə göstəriş verilib.

2011-ci ildə Dövlət Komitəsinə 68 obyekt üçün arxitektura-layihələndirmə üzrə rəylərin verilməsinə aid müraciət daxil olub. Təklif edilən layihələrin öyrənilməsindən sonra 50-si müsbət rəy alıb, 18-i isə geri qaytarılıb.

Xəbər lenti

Xəbər lenti