Azərbaycan, Bakı, 14 mart / Trend müxbir A.Axundov/
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Caspian International Broking" MMC-yə sığorta brokeri fəaliyyəti üçün müddətsiz lisenziya verib. Bu barədə DSNX-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
Lisenziya MN-in əmrinə uyğun olaraq martın 12-dən bundan əvvəl verilən lisenziyanın müddətinin başa çatması ilə əlaqədar verilib.
Azərbaycanda altı broker şirkəti fəaliyyət göstərir.