...

"Texnikabank"ın aktivləri il ərzində 24 faizədək artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 16:26 (UTC +04:00)
2012-ci il fevral ayının yekunlarına görə, Azərbaycan bankı "Texnikabank" ASC-nin maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə artıb, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə uğurlu nəticələr əldə edilib.
"Texnikabank"ın aktivləri il ərzində 24 faizədək artıb

Azərbaycan, Bakı, 15 mart /Trend/

2012-ci il fevral ayının yekunlarına görə, Azərbaycan bankı "Texnikabank" ASC-nin maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə artıb, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə uğurlu nəticələr əldə edilib.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, bankın aktivləri ötən ilin analoji dövri ilə müqayisədə 23,6% artaraq 641,7 milyon manat olub. Eyni zamanda, bank uğurlu kredit siyasətini davam etdirib və kredit portfelini 20,8% artıraraq 456,9 milyon manata çatdırıb.

Əmanətlərin artım tendensiyasına müvafiq olaraq, 2012-ci ilin ilk iki ayı ərzində də dinamik inkişaf müşahidə olunub. Belə ki, depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,2% artaraq 247,6 milyon manatdan 327,4 milyon manata çatıb.

2012-ci ilin bank üçün ən əhəmiyyətli nəticələrindən biri də odur ki, bankın məcmu kapitalı hesabat dövrünün sonuna 50,42 % artaraq 99,8 milyon manata çatdırılıb. Nizamnamə kapitalında isə 20,6% artım müşahidə olunub və 64,8 milyon manat həddində olub.

Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bankın emissiya edilmiş plastik kartlarının sayı 34,5% artaraq 66 673 ədəd, bankomatlarının sayı 71% artaraq 106 ədəd təşkil edib, POS-terminalların sayı isə 32 dəfə artıb və nəticədə ötən il 602 ədəd olduğu halda, hesabat dövrünün sonuna bu göstərici 3364 ədədə çatdırılıb.

Xatırladaq ki, əsas göstəricilərə görə ilk beşlikdə qərarlaşmış "Texnikabank" ASC 1993-cü ildə təsis olunub və hazırda ölkənin bank sektorunda sistem əhəmiyyətli banka çevrilib. Geniş filial şəbəkəsinə malik olan bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filial, 17 şöbəsi və ölkə hüdudlarından kənarda, Türkiyənin İstanbul şəhərində nümayəndəliyi istifadəyə verilib. Hazırda "Texnikabank" özünün 770 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.

Xəbər lenti

Xəbər lenti