...

"AtaBank" ASC valideyn himayəsindən məhrum olmuş 300 uşağı sevindirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2012 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend/

"AtaBank" ASC Korporativ Sosial Məsuliyyət sahəsində növbəti xeyriyyə aksiyasını keçirib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

18 mart 2012-ci il tarixində "Xəmsə" şadlıq sarayında bankın dəstəyilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil olundu. Novruz şənliyində valideyn himayəsindən məhrum olan 300-dən artıq kimsəsiz uşaq iştirak etdi. Şən klounların, kosanın keçirdiyi əyləncəli oyunlar, viktorinalar hər bir uşağın ürəyindən oldu. Oynaq mahnıların sədaları altında uşaqlar rəqs etdilər. Uşaqların hədsiz sevinci onların gözlərindən oxunurdu.

"AtaBank" ASC İdarə Heyətinin sədr müavini Müseyib Əliyev tədbir ilə bağlı bildirdi: "Hər bir təşkilat və şəxs imkanı daxilində ölkəmizə və xalqımıza qarşı məsuliyyətini yerinə yetirməli, təhsil, idman və mədəniyyət kimi sahələrə dəstək göstərməlidir. Eyni zamanda qayğı və köməyə ehtiyacı olan uşaqlarımızın və gənclərimizin inkişafı yaddan çıxmamalıdır. "AtaBank" ASC-də mütəmadi şəkildə bu istiqamətlərdə tədbirlər həyata keçirir, üzərinə düşən vəzifələri yerinə yetirir. Xüsusilə, valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqları daim diqqət mərkəzində saxlayırıq. Hər kəs kimi Novruz bayramını da qeyd etmək belə uşaqların haqqıdır. Bu uşaqlar hər birimizin balalarıdır. Onların sevindiyini gördükdə biz özümüzü xoşbəxt hiss edirik. Elə bugünkü Novruz şənliyini keçirməkdə də məqsədimiz uşaqların mənalı istiahətini, onları bir araya gətirərək kollektivdə özünü aparmaq bacarıqlarını inkişaf etdirmək və şəxsi qabiliyyətlərini üzə çıxartmaqdır".

Xatırladaq ki, "AtaBank" ASC 1993-cü ildən fəaliyyət göstərir. Fevral ayının sonuna bankın filial və şöbələrinin sayı 24 ədəd təşkil edir. 2011-ci ilin yekunlarına əsasən bankın xalis aktivləri 231.1 mln manat, kredit portfeli 146.7 mln. manat, müddətli depozit portfeli isə 163,1 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti