...

UBCCE-yə yeni baş katib təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2012 18:29 (UTC +04:00)
Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) ümumi toplantısı Səda Çatalkayanı üç il müddətinə baş katib vəzifəsinə təyin edib.
UBCCE-yə yeni baş katib təyin edilib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) ümumi toplantısı Səda Çatalkayanı üç il müddətinə baş katib vəzifəsinə təyin edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) yaydığı məlumatda deyilir.

Yeni baş katib UBCCE-də beş ilə yaxındır işləyir.

"Yeni baş katibin təyinatı Birliyin yaranmasından etibarən orada işləyən Murad Zonqurun digər işə keçməsi ilə əlaqədardır", - məlumatda deyilir.

UBCCE-nin ümumi toplantısı martın 13-də İstanbulda baş tutub. Toplantıda ATİB-in Baş Katibliyindən Rəşad Rəsullu çıxış edib.

Ümumi toplantıda fəaliyyət planı və 2012-ci il üçün büdcə təsdiqlənib. Toplantıda Polşa Özəl İşəgötürənlər Konfederasiyasının üzvlüyü haqqında müraciətə baxılıb və o, müşahidəçi qismində UBCCE-yə qəbul edilib.

UBCCE 2006-cı il noyabrın 27-də yaradılıb. Təşkilatın baş ofisi İstanbulda yerləşir.

Xəbər lenti

Xəbər lenti