...

Yarımfabrikat məhsullar alarkən diqqətli olun!

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2012 18:59 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Yarımfabrikat məhsullar alarkən diqqətli olun!

Azərbaycan, Bakı, 19 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 50 ünvanında Məhəbbət Məmmədovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı ətli və xəmirli yarımfabrikat məhsulların uyğunluq sertifikatı və müvafiq reseptura olmadan istehsal edildiyi, yarımfabrikat məhsulların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Qanun pozuntuları ilə əlaqədar, yarımfabrikat yeyinti məhsullarının istehsalı və satışının dayandırılması və ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Məhəbbət Məmmədovaya icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti