...

“Fitch Ratings” “DəmirBank”ın reytinqini yüksəldib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2012 11:27 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq DəmirBank-ın "B-" reytinqini "B" səviyyəsinə yüksəldib, reytinq üzrə "stabil" proqnozu təsdiq edilib.
“Fitch Ratings”  “DəmirBank”ın reytinqini yüksəldib

Azərbaycan, Bakı, 28 mart / Trend/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq DəmirBank-ın "B-" reytinqini "B" səviyyəsinə yüksəldib, reytinq üzrə "stabil" proqnozu təsdiq edilib. Tren-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Yeni reytinq ekspertlər tərəfindən ölkə bankları sırasında ən yüksək nəticələrdən hesab edilir.

Reytinqin yüksəldilməsi, Fitch Ratings agentliyinin rəyinə əsasən, DəmirBank-ın kredit ödəmə qabiliyyətinin daha çox dayanıqlı olmasını və Bankın aktivlərinin keyfiyyətinin yaxşılaşmasını əks etdirir. Dünyada maliyyə böhranından əvvəlki vaxtla müqayisədə Bankın mənfəətliyi azalsa da, Bank mənfəət əldə etməkdə davam edir, problemli kreditlər isə müvafiq qaydada tanınıb və ehtiyatlarla daha yaxşı təmin edilib.

Fitch Ratings agentliyinin hesabatına əsasən, DəmirBank daha yüksək korporativ idarəetmə keyfiyyətinə malikdir, bu isə daha yüksək şəffaflığı, əlaqəli tərəflərin daha az kreditləşdirilməsini və risklərin azalmasını təmin edir. Beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq (DəmirBank-ın kapitalında səhm paylarına malikdirlər), likvidlik və kapitalın gücləndirilməsi sahəsində həmçinin müsbət təsir edib.

"DəmirBank Fitch Ratings agentliyi ilə 2004-cü ildən əməkdaşlıq edir və beynəlxalq reytinq alan Azərbaycanın ilk özəl bankı olub. Reytinq "B" səviyyəsinə yüksəldilməsi Bankın uğurlu fəaliyyətinin, daha yüksək korporativ idarəetmənin, aktivlərin keyfiyyətinin yaxşılaşması, risklərin idarəedilməsi alətlərinin gücləndirilməsi və agentliyin hesabatında qeyd edilən digər amillərin nəticəsidir. DəmirBank Strateji İnkişaf Planına uyğun olaraq davamlı fəaliyyətini və müvafiq işləri davam etdirir", - deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti