...

"Sosial xidmət haqqında" qanunun tətbiqi sahəsində görüləcək işlər QHT-lərlə birgə müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2012 18:21 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Sosial xidmət haqqında" qanunun tətbiqi sahəsində görüləcək işlərin müzakirəsi məqsədilə müxtəlif sosial xidmət sahələri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
"Sosial xidmət haqqında" qanunun tətbiqi sahəsində görüləcək işlər QHT-lərlə birgə müzakirə olunub

Azərbaycan, Bakı, 30 mart /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Sosial xidmət haqqında" qanunun tətbiqi sahəsində görüləcək işlərin müzakirəsi məqsədilə müxtəlif sosial xidmət sahələri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, görüşdə YUNİSEF, UAFA (Azərbaycana Birgə Yardım), "Hilfswerk Austria International", Sosial Xidmətlər Təşəbbüsü, "Save the children" ("Uşaqların xilası"), "Ümidli Gələcək" Gənclər Təşkilatı, Uşaq Hüquqları üzrə QHT Alyansı, "World Vision" ("Dünyaya baxış"), Əlil Təşkilatları İttifaqı, "Müstəqil Həyat" İnkişaf və Dəstək Mərkəzi, Müşfiq adına "Qaradağın əlil uşaqlarına yardım" İB-nin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov, nazirliyin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq təcrübəsinin "Sosial xidmət haqqında" qanun layihəsinin hazırlanması işlərində də uğurla davam etdirildiyini qeyd edərək bildirib ki, nazirlikdə fəaliyyət göstərən İctimai Şura tərəfindən qanun layihəsi ilə bağlı təkliflər hazırlanaraq müzakirə edilib və ölkəmizdə sosial xidmət sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək bir qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.

Parlament tərəfindən qəbul olunan və dövlət başçısının müvafiq fərmanına əsasən tətbiqinə başlanılacaq "Sosial xidmət haqqında" qanun sosial xidmətlər sahəsində mütərəqqi beynəlxalq təcrübənin respublikamızda tətbiqi imkanlarını da genişləndirəcək. Qeyd olunub ki, keçirilən bu görüşün məqəsdlərindən biri də sosial xidmətlərin təkmilləşdirilməsi istiqamətində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin daha səmərəli təşkilidir.

Tədbirdə "Sosial xidmət haqqında" qanunun tətbiqi ilə bağlı normativ-hüquqi aktların hazırlanması, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanması, həmçinin bu sahədə vətəndaş cəmiyyətlərinin rolu müzakirə edilib, təkliflər səsləndirilib.

Xəbər lenti

Xəbər lenti