...

Bakı və bitişik qəsəbələrin yollarının təmiri ilə bağlı plan açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 12:04 (UTC +04:00)
Yaxın vaxtlarda Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakının bir sıra mərkəzi küçələrindəki təmir-bərpa işlərini başa çatdıracaq. Bu barədə çərşənbə axşamı Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Bakı və bitişik qəsəbələrin yollarının təmiri ilə bağlı plan açıqlanıb

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakının bir sıra mərkəzi küçələrindəki təmir-bərpa işlərini başa çatdıracaq. Bu barədə çərşənbə axşamı Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, habelə Nizami küçəsinin Azadlıq prospekti ilə kəsişdiyi yerdən K.Səfərəliyev küçəsinin kəsişdiyi yerə qədər olan hissədə işlər aparılır. Eləcə də hazırda K.Səfərəliyev və Yusif Səfərov küçələri arasında 550 metr uzunluqda sahədə yola yeni asfalt örtüyü çəkilir ki, bu da nəqliyyat vasitələrinin Azadlıq prospektinə çıxışını təmin edir.

Mürsəliyevin sözlərinə görə, asfalt örtüyünün və infrastrukturun dəyişdirilməsi işləri Zorge küçəsinin 28 May küçəsi ilə kəsişmədən Neftçilər prospekti ilə kəsişməyədək olan hissəsində, 28 May küçəsinin Yusif Səfərov küçəsi ilə kəsişmədən Zorge küçəsi ilə kəsişməyədək olan hissəsində aparılır.

Fəal təmir işləri Zərifə Əliyeva küçəsində K.Səfərəliyev küçəsi ilə kəsişmədən Puşkin küçəsi ilə kəsişməyədək olan hissədə aparılır.

O cümlədən təmir işləri Xaqani, Qutqaşınlı küçələrində, Vaqif prospektində, Çəmənzəminli küçəsində, Binəqədi şosesində, Ziya Bünyadov prospektində, Binəqədi-Novxanı yolunda, Mərdəkan və Türkan qəsəbələri istiqamətlərindəki yollarda da aparılır.

"İşlər həm paytaxtın mərkəzi küçələrində, həm də Bakıya bitişik qəsəbələrdəki yollarda aparılır. Buna əlverişli hava şəraiti kömək edir", - Mürsəliyev qeyd edib.

Onun sözlərinə görə, yuxarıda sadalanan işlərlə paralel olaraq qış dövründə ölkə paytaxtında müşahidə olunan əlverişsiz hava şəraiti, qar yağması və şaxta ilə əlaqədar zədələnmiş yollarda da bərpa işləri aparılır.

Xəbər lenti

Xəbər lenti