...

MDB və Baltikyanı ölkələrin, eləcə də Gürcüstanın dəmir yolu şirkətlərinin nümayəndələri Bakıda toplanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 13:08 (UTC +04:00)
3-5 aprel 2012-ci ildə MDB və Baltikyanı ölkələrin, eləcə də Gürcüstanın dəmir yolu şirkətlərinin daşıma təsərrüfatı rəhbərlərinin ümumşəbəkə müşavirəsi keçirilir.
MDB və Baltikyanı ölkələrin, eləcə də Gürcüstanın dəmir yolu şirkətlərinin nümayəndələri Bakıda toplanıb

Azərbaycan, Bakı, 3 aprel /Trend/

3-5 aprel 2012-ci ildə MDB və Baltikyanı ölkələrin, eləcə də Gürcüstanın dəmir yolu şirkətlərinin daşıma təsərrüfatı rəhbərlərinin ümumşəbəkə müşavirəsi keçirilir. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Toplantının birinci iş gününü giriş sözü ilə açan MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı üzrə Şura Direktorluğunun sədri Pyotr Kuçerenko çıxış edərək müşavirənin keçirilməsi üçün yaradılan şəraitə görə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini Əlirza Süleymanov qonaqları salamladı, sonra Azərbaycan polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində görülən işlər, "Şimal - Cənub" və "Bakı - Tbilisi - Qars" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində həyata keçirilən işlər haqqında danışdı.

Nümayəndə heyətləri rəhbərlərinin giriş nitqindən sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı.

Gündəlikdə aşağıdakı məsələlər müzakirə olunur: "29-30 aprel 2008-ci ildə Baranoviç şəhərində keçirilən üzv dövlətlərin dəmir yollarının daşıma təsərrüfatı rəhbərlərinin üçüncü ümumşəbəkə müşavirəsinin qərarlarının yerinə yetirilməsinin vəziyyəti haqında"; "2011-ci ilin və 2012-ci ilin iki ayının nəticələri haqında"; "Yük vaqonlarının vahid idarəedilməsi və istifadəsi parkının yaradılması haqqında".

Ümumşəbəkə müşavirəsinin sonunda müvafiq protokol imzalanacaq.

Xəbər lenti

Xəbər lenti