...

Azərbaycan və Ukrayna arasında ticari-iqtisadi münasibətlərin səviyyəsi potensialdan dəfələrlə aşağıdır - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 17:01 (UTC +04:00)
Azərbaycan və Ukrayna arasında ticari-iqtisadi münasibətlərin potensialı mövcud göstəriciləri dəfələrlə üstələyir.
Azərbaycan və Ukrayna arasında ticari-iqtisadi münasibətlərin səviyyəsi potensialdan dəfələrlə aşağıdır - nazir müavini

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan və Ukrayna arasında ticari-iqtisadi münasibətlərin potensialı mövcud göstəriciləri dəfələrlə üstələyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Ukrayna biznes forumunda Ukraynan xarici işlər nazirinin müavini Viktor Mayko bildirib.

"Bu gün Azərbaycan və Ukrayna arasında münasibətlər istifadə edilməmiş imkanlar meydançası vəziyyətindədir. Mal dövriyyəsinin 1,5 milyard dollar həcmində yaxşı göstəriciyə çatmasına baxmayaraq, o, mövcud potensialdan xeyli azdır", - Mayko deyib.

Onun sözlərinə görə, münasibətlərin inkişafı üçün tikinti sektorunda yaxşı imkanlar var.

"Ukraynanın Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməyə hazır olan güclü tikinti şirkətləri var. Biz, həmçinin Azərbaycan şirkətlərinin ölkəmizdə işləməsi üçün rahat şərait yaratmağa hazırıq", - Mayko vurğulayıb.

Onun sözlərinə görə, kənd təsərrüfatı, kosmik, neft-kimya və digər sahələrdə əməkdaşlıq da perspektivlidir.

Mayko növbəti biznes forumun Ukraynada keçirilməsini və belə görüşləri ənənəvi və geniş istiqamətli etməyi təklif edib.

Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, Azərbaycan biznesmenləri, o cümlədən ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynada fəal işləyir.

"Əməkdaşlığın yeni formalarını axtarmaq lazımdır, xüsusən, üçüncü ölkələrin bazarında birgə iş buna nümunə ola bilər", - Səfərov deyib.

Biznes forumda iki ölkənin kənd təsərrüfatı, qida sənayesi, enerji, maşınqayırma, rabitə, informasiya texnologiyaları, nəqliyyat, neft emalı və digər iqtisadi sahələrində fəaliyyət göstərən 100-dən artıq sahibkar iştirak edir.

Xəbər lenti

Xəbər lenti