...

Şəkidə "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 15:15 (UTC +04:00)
Şəkidə Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində gənclər üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib.
Şəkidə "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib

Azərbaycan, Bakı, 6 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində gənclər üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin əməkdaşlarının, eləcə də Şəki şəhərində yerləşən Pedaqoji Kollecin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Həmçinin, tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, saytın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

"Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninqlər aprel ayı ərzində də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti