...

İstanbula gedən azərbaycanlı turistlərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 17:42 (UTC +04:00)
Bu ilin birinci rübündə Azərbaycandan İstanbula səfər edən turistlərin sayı 2011-ci illə müqayisədə 12 faiz artaraq 37,339 min nəfər təşkil edib.
İstanbula gedən azərbaycanlı turistlərin sayı artıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Tağıyeva/

Bu ilin birinci rübündə Azərbaycandan İstanbula səfər edən turistlərin sayı 2011-ci illə müqayisədə 12 faiz artaraq 37,339 min nəfər təşkil edib. Trend-in məlumatına görə, bu barədə İstanbul Mədəniyyət və Turizm İdarəsinin cümə günü yaydığı hesabatda deyilir.

Ötən il bu rəqəm 33,44 min nəfər təşkil edib. Beləliklə, Azərbaycan 2012-ci ilin yanvar-mart aylarında İstanbula gələn turistlərinə sayına görə 12-ci yeri tutur.

2012-ci ilin yanvar-martında İstanbula səfər edən turistlərin sayı ötən ilin eyni dövründəki 143,2 min nəfərə qarşı 167,2 min nəfər təşkil edib.

İstanbula gələn turistlərin sayına görə birinci yeri Almaniya tutur. Yanvar-martda bu ölkədən gələn turistlərin sayı 167,2 min nəfər olub. 2011-ci ildə bu rəqəm 143,2 min nəfər olub. Almaniyadan sonra Rusiya - 112,9 min, Böyük Britaniya - 70,8 min, İtaliya - 58,3 min nəfərlə müvafiq yerləri tutur.

2012-ci ilin yanvar-martında İstanbula səfər edən turistlərin ümumi sayı 17,5 faiz artıb. 2011-ci ilin analoji dövründə bu rəqəm 1,605 milyon nəfər olub.

Xəbər lenti

Xəbər lenti