...

Azərbaycanın "Standard Insurance" şirkəti avtomobil sahibləri üçün yeni aksiyaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 14:12 (UTC +04:00)
2012-ci il aprel ayının 1-dən etibarən "Standard Insurance"da avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası polisini əldə edən hər bir müştəriyə yanğınsöndürən, avtomobil üçün dərman qutusu və qəza nişanı hədiyyə olunacaq.
Azərbaycanın "Standard Insurance" şirkəti avtomobil sahibləri üçün yeni aksiyaya başlayıb

Azərbaycan, Bakı, 9 aprel / Trend/

2012-ci il aprel ayının 1-dən etibarən "Standard Insurance"da avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası polisini əldə edən hər bir müştəriyə yanğınsöndürən, avtomobil üçün dərman qutusu və qəza nişanı hədiyyə olunacaq. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Qeyd edək ki, adı çəkilən sığorta şəhadətnaməsi üzrə limit 55 min manat, üçüncü şəxslərin sağlamlığına dəyən zərərə görə isə sığorta məbləği bir hadisə üzrə 50 min manat təşkil edir.

"Standard Insurance" tərkibinə daşınmaz əmlakın sığortası, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, həmçinin daşınmaz əmlak istifadəsi zamanı vətəndaş məsuliyyətinin sığortası daxil olan 3 növ icbari sığorta üzrə müştərilərə xidmətlərini təklif edir. "Standard Insurance" şirkətinin icbari sığorta şəhadətnamələri müştəriləri keyfiyyətli sığorta ilə təmin edəcək.

İcbari sığorta növləri, tariflər və müqavilələrin rəsmiləşdirilməsi haqda ətraflı məlumatı Ş. Bədəlbəyli küç., 94 ünvanında yerləşən "Standard Insurance"ın ofisində və ya 930 nömrəsi vasitəsilə şirkətin telefon məlumat mərkəzinə zəng etməklə əldə etmək olar.

Azərbaycanın sığorta bazarının qabaqcıllarından biri olan "Standard Insurance" sığorta şirkətinin əsası 2002-ci ilin fevral ayında qoyulub. Şirkətin nizamnamə kapitalı 11 mln. manat təşkil edir. "Standard Insurance" 5 növ icbari və 24 növ könüllü sığorta növləri üzrə xidmətlərini təklif edir.

Xəbər lenti

Xəbər lenti